Bankda olan torpaq sahələri təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Azərbaycan Mərkəzi Bankının balansında olan bir sıra daşınmaz əmlaklar – torpaq sahələri açıq hərraca çıxarılacaq.
BAKU.WS-in məlumatına görə, hərrac 25 fevralda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçiriləcək.
Satışa çıxarılan torpaq sahələri Oğuz rayonunun Muxas kəndində, Neftçala rayonunun Astanlı, Aşağı Surra və Yeniqışlaq kəndlərində, eləcə də Xaçmaz rayonunun Aşağıoba və Aslanoba kəndlərində yerləşir. Torpaq sahələrinin ölçüsü 0,7 hektardan 62,6 hektaradək dəyişir.
Hərraca çıxarılan əmlakların başlanğıc qiymətləri 106 min 640 manatdan 2 milyon 688 min 237 manatadək müəyyən edilib. İştirakçılar hər bir lot üzrə start qiymətinin 5 faizi həcmində beh ödəməlidirlər.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər müvafiq sənədləri və beh ödənişini təsdiqləyən qəbzi hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim etməlidirlər.
| Daşınmaz əmlakın növü | Ünvan | Sahəsi (ha) | Start qiyməti (manat) | 5% beh (manat) |
|---|---|---|---|---|
| Torpaq sahəsi | Oğuz r., Muxas k. | 1,00 | 146 762,68 | 7 338,13 |
| Torpaq sahəsi | Oğuz r., Muxas k. | 18,3169 | 2 688 237,32 | 134 411,86 |
| Torpaq sahəsi | Neftçala r., Astanlı k. | 56,00 | 481 600 | 24 080 |
| Torpaq sahəsi | Neftçala r., Aşağı Surra k. | 50,00 | 430 000 | 21 500 |
| Torpaq sahəsi | Neftçala r., Yeniqışlaq k. | 12,40 | 106 640 | 5 332 |
| Torpaq sahəsi | Neftçala r., Yeniqışlaq k. | 50,00 | 430 000 | 21 500 |
| Torpaq sahəsi | Neftçala r., Yeniqışlaq k. | 62,60 | 538 360 | 26 918 |
| Torpaq sahəsi | Xaçmaz r., Aşağıoba k. | 0,70 | 273 000 | 13 650 |
| Torpaq sahəsi | Xaçmaz r., Aşağıoba k. | 1,40 | 546 000 | 27 300 |
| Torpaq sahəsi | Xaçmaz r., Aslanoba k. | 2,368 | 923 520 | 46 176 |
Oxşar xəbərlər
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bu rayonlarda torpaqlar ucuz qiymətə satışa çıxarıldı - SİYAHI
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Ucuz qiymətə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - 1300 AZN-dən başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













