WUF13 üzrə media nümayəndələrinin məlumatlandırma sessiyası keçirilib
Bakıda 2026-cı ilin may ayında keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) üzrə effektiv kommunikasiyanın təmin edilməsi məqsədilə media nümayəndələrinin məlumatlandırma sessiyası keçirilib.
"Report" xəbər verir ki, yanvarın 30-da keçirilmiş sessiya çərçivəsində media qurumlarının nümayəndələrinə WUF13 haqqında ətraflı məlumat təqdim edilməklə yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın, Mətbuat Şurasının, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin və Birləşmiş Millətlər Təşkilatı (BMT) Məskunlaşma Proqramının (UN-Habitat) əməkdaşları ilə fikir mübadiləsi və şəbəkələşmə üçün imkan yaradılıb.
Sessiyada açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin əməkdaşı, WUF13 Kommunikasiya qrupunun koordinatoru Cəmalə Əliyeva Azərbaycanın bir çox mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayaraq bu cür tədbirlərdə medianın fəal iştirakının əhəmiyyətini qeyd edib, WUF13 Kommunikasiya qrupunun əsas fəaliyyət istiqamətləri haqqında iştirakçılara məlumat verib.
Azərbaycanda səfərdə olan BMT-nin Məskunlaşma Proqramının kommunikasiya direktoru Katerina Bezqaçina media nümayəndələrinə Ümumdünya Şəhərsalma Forumunun tarixi, məqsədi və əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və məskənlər" mövzusu şəhərlərin üzləşdiyi əsas çağırışları əhatə edir. Tədbir həm "Yeni Şəhər Gündəliyi"nin onilliyini qeyd etmək, həm də növbəti on il ərzində mənzil təminatına diqqət yönəltmək üçün əhəmiyyətli bir fürsət olacaq.
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin substantiv məzmun üzrə meneceri Cəmilə İsmayılzadə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının Azərbaycanda keçirilməsinin dayanıqlı şəhərsalma inkişafındakı əhəmiyyətindən, bu istiqamətdə nəzərdə tutulan fəaliyyətlərdən bəhs edib.
Sessiya zamanı WUF13 Azərbaycan Əməliyyat Şirkətinin media əlaqələri üzrə meneceri Eldar Rəsulov tədbir çərçivəsində keçiriləcək 40 əsas sessiyanın və 350 tərəfdaş tədbirinin səmərəli işıqlandırılmasını təmin etmək məqsədilə media mərkəzinin fəaliyyət göstərəcəyini qeyd edib, media nümayəndələrini akkreditasiyadan keçməyə dəvət edərək, WUF13 zamanı media üçün yaradılacaq imkanlar barədə məlumat verib.
Qeyd edək ki, 17-22 may, 2026-ci il tarixlərində keçirilicək WUF13 tədbirinə media nümayəndələrinin qeydiyyat prosesi davam edir. Bütün media nümayəndələri akkreditasiya üçün UN-Habitat təşkilatının rəsmi qeydiyyat sistemi olan https://events.unhabitat.org/ veb-saytı üzərindən müraciət etməlidirlər.
Oxşar xəbərlər
QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşma dayanır
Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Madyarla Lyayen Macarıstan üçün 17 milyard avronun blokdan çıxarılması barədə razılığa gəliblər
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
Bakının premium ərazilərində torpaq: 1 sot 2 milyon manata satılır
-
Bakı və Abşeronda torpaq sahələrinin QİYMƏTLƏRİ - SİYAHI
-
GTA VI oyununun qiyməti 100 dollar olacaq?













