Qazaxıstan Energetika Nazirliyi: "Tengiz" yatağında neft hasilatı bərpa edilib
Far.Az xəbər saytı

Qazaxıstan Energetika Nazirliyi: "Tengiz" yatağında neft hasilatı bərpa edilib


Qazaxıstanda yanvarın 18-də yanğın və elektrik enerjisinin kəsilməsi səbəbindən fəaliyyəti dayandırılan "Tengiz" neft yatağında hasilatın mərhələli bərpasına başlanılıb.

"Far.Az"un yerli bürosunun məlumatına görə, bu barədə Qazaxıstanın Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanvarın 31-i yerli vaxtla saat 03:35-də (Bakı vaxtı ilə 02:25) ilk quyu açılıb, PBF obyektinin texnoloji qurğuları işə salınıb və ştat rejimdə işləyir.

"Hazırda beş quyu istismara verilib, növbəti qrup ölçmə qurğusunun işə salınmasına hazırlıq görülür", - məlumatda vurğulanıb.

Energetika Nazirliyi qeyd edib ki, hasilatın artırılması prosesi texnoloji parametrlərin sabitləşməsi və sənaye təhlükəsizliyi tələblərinə riayət edilməsi ilə mərhələli şəkildə həyata keçiriləcək.

"Qazaxıstanın Energetika Nazirliyi və "KazMunayQaz" SC planlaşdırılmış gücə çıxışı sürətləndirmək üçün layihə operatoruna dəstək göstərir", - qurumdan bildirilib.

"Tengiz"dəki neft ehtiyatları 3,1 milyard ton həcmində qiymətləndirilir. "Tengizşevroyl" MMC-nin iştirakçıları "Chevron corp." (50 %), "ExxonMobil Kazakhstan Ventures Inc" (25 %), "KazMunayQaz" vasitəsilə Qazaxıstan (20 %) və "LUKOYL" (5 %) şirkətləridir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər