Azərbaycan "500 Global" vençur fondu ilə əməkdaşlığı müzakirə edib
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "BMC Helix" (İT xidmət və əməliyyatların idarə olunması) və "500 Global" (vençur fondu) şirkətlərinin nümayəndələri ilə əməkdaşlıq imkanlarını müzakirə edib.
"Report" nazirliyə istinadən xəbər verir ki, görüşlər Samir Məmmədovun Küveytdə Rəqəmsal Əməkdaşlıq Təşkilatının 5-ci Baş Assambleyasında iştirakı çərçivəsində baş tutub.
Bildirilib ki, Baş Assambleya çərçivəsində süni intellektə dair dəyirmi masa müzakirələrində çıxış edən Samir Məmmədov Azərbacanda süni intellekt sahəsində həyata keçirilən tədbir və layihələrdən danışıb. O, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycanın Süni İntellekt Strategiyası 2025 – 2028", Rəqəmsal İnkişaf Strategiyası, Süni İntellekt Akademiyası, eləcə də Azərbaycanın rəqəmsal məhsul və həlləri (mygov, SİMA, Digital Bridge və s.) barədə ətraflı məlumat verib.
Tədbir çərçivəsində S. Məmmədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Deemah Al Yahya ilə görüş keçirib, Azərbaycanın rəqəmsal siyasəti və ölkəmizdə rəqəmsal inkişaf istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
S.Məmmədovun Mərakeş, Pakistan, Keniya, Nigeriya və Omanın müvafiq qurumlarının rəhbər şəxsləri ilə ikitərəfli görüşləri olub. Əməkdaşlığın prioritet istiqamətləri və perspektivləri üzrə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Sima Useynova – Azərbaycan aerokosmik elminin sönməyən işığı
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi
-
"Euronews": Dohada Hörmüz boğazı və uranla bağlı məsələlərə diqqət yetirilib - YENİLƏNİB
-
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
-
Bakı-Tbilisi sərnişin qatarı yola salınıb













