Axtarışda olan şübhəli şəxs bıçaqla müqavimət göstərib, polis atəş açıb
Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, axtarışda olan şəxs polis əməkdaşlarına kəsici alətlə müqavimət göstərib qaçmağa cəhd edib.
DİN-in Mətbuat Xidmətindən "Far.Az"a bildirilib ki, sentyabrın 24 -də gecə saatlarında əvvəllər məhkum olunan 1991-ci il təvəllüdlü Əlizadə Fərid saxlanılarkən üzərində olan bıçaqla polis əməkdaşlarına müqavimət göstərdiyindən ona xidməti tabel silahı ilə xəbərdarlıq edilməklə atəş açılıb.
Xəsarət alan şübhəli şəxs xəstəxanaya yerləşdirilib. Onun üzərindən bıçaq, satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan narkotik vasitə olan herion aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Narkotik cinayətlərinə görə həbs edilən şəxslə bağlı valideynlərin iddialarına aydınlıq gətirilib
Bakıda tələbə qətlə yetirildi - Amansız cinayətdən GÖRÜNTÜLƏR - FOTO
Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib
Bakıda narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir













