Kanadada məktəbə silahlı hücum: Ən azı 10 nəfər ölüb
Kanadada məktəb və yaşayış evində baş verən silahlı hücum nəticəsində, aralarında hücumçunun da olduğu azı 10 nəfər həyatını itirib, 27 nəfər yaralanıb.
Far.Az-nin Kanada Kral Atlı Polisi (RCMP) məlumatına istinadən yaydığı xəbərə görə, hadisə Tumbler Ridge bölgəsindəki məktəbdə baş verib. Məktəbdə 6 nəfər ölüb, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda vəfat edib. Polis yaxınlıqdakı evdə daha 2 nəfərin meyitinin tapıldığını, hücumçu olduğu ehtimal edilən bir şəxsin də ölü aşkarlandığını bildirib.
Rəsmi məlumata görə, 2 yaralının vəziyyəti ağırdır, 25 nəfər isə həyati təhlükəsi olmayan xəsarətlərlə tibbi yardım alır. Məktəbdəki təxminən 100 şagird və əməkdaş təhlükəsiz şəkildə təxliyə edilib. Bölgədə ibtidai və orta məktəblərdə dərslər müvəqqəti dayandırılıb.
Baş nazir Mark Karni hadisəni dəhşətli faciə adlandıraraq həlak olanların ailələrinə başsağlığı verib. Britaniya Kolumbiyasının baş naziri Devid Ebi və Tumbler Ridge meri Darryl Krakovka da icmanı həmrəyliyə çağırıblar.
Bu hadisə 1989-cu ildə Monrealda 14 nəfərin öldüyü hücumdan sonra Kanada tarixində ən qanlı ikinci məktəb hücumu kimi qeydə alınıb.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
FHN şagird və müəllimlərlə təlim keçirdi
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













