SOCAR-TPAO təqaüd proqramının qalibləri Türkiyədə tədrisə başlayıblar
Far.Az xəbər saytı

SOCAR-TPAO təqaüd proqramının qalibləri Türkiyədə tədrisə başlayıblar


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və qardaş Türkiyənin "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkəti arasında 1 iyun 2023-cü il tarixində imzalanmış Anlaşma Memorandumuna əsasən, Zonguldak Bülent Ecevit Universiteti nəzdində fəaliyyət göstərən Çaycuma Peşə Məktəbində azərbaycanlı tələbələrin təhsilinin SOCAR tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulub və bununla bağlı seçim prosesi uğurla tamamlanıb.

Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, Çaycuma Peşə Məktəbindəki tədris proqramı seçilmiş 5 nəfər tələbənin 3 il müddətində neft-qaz sənayesində texniki və praktiki bacarıq qazanmalarına şərait yaradacaq.

Qalib tələbələr 15 sentyabr 2024-cü ildən etibarən Türkiyədə tədrisə başlayıblar.

Qeyd edək ki, SOCAR sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri olaraq təhsil və inkişaf sahəsində müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi önəm verir. Bu çərçivədə reallaşdırılan təqaüd və təcrübə proqramları, yalnız şirkətin ehtiyaclarını qarşılanmasına deyil, ölkənin kadr potensialının güclənməsində əhəmiyyətli rol oynayır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Xaricdə təhsil imkanları genişləndirilir - YENİLİKLƏR VƏ FÜRSƏTLƏR
ADY Rusiya Nəqliyyat Universitetində təhsil alacaq tələbələrə təqaüd ayırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər