Lvovda terror planı ifşa edildi: Şübhəli şəxs sərhəd zonasında saxlanıldı
Lvov şəhərinin mərkəzində terror aktı hazırlamaqda şübhəli bilinən şəxsin kimliyi müəyyənləşdirilib.
Far.Az-in məlumatına görə, Ukrayna Milli Polisi açıqlama yayaraq bildirib ki, saxlanılan şəxs Rivne vilayətinin 33 yaşlı sakinidir. Onun Rusiya xüsusi xidmət orqanlarının tapşırığı ilə hərəkət etdiyi iddia olunur.
Hüquq-mühafizə orqanlarının məlumatında qeyd edilir ki, qadın qondarma "kurator"un göstərişləri əsasında əldəqayırma partlayıcı qurğular hazırlayıb və əvvəlcədən seçilmiş ünvanlara yerləşdirib.
Keçirilən birgə əməliyyat nəticəsində polis əməkdaşları 7-ci Karpat Sərhəd Dəstəsinin hərbçiləri ilə birlikdə bir neçə saat ərzində şübhəlinin yerini müəyyən ediblər. O, Starı Sambir şəhərində nəzarət olunan sərhədyanı ərazidə saxlanılıb.
Faktla bağlı ibtidai istintaqı Ukrayna Təhlükəsizlik Xidməti aparır. Bildirilir ki, irəli sürülən ən ağır ittiham maddəsi ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













