Azərbaycan çempionatında son doqquz mövsümün antirekordu təkrarlanıb
Far.Az xəbər saytı

Azərbaycan çempionatında son doqquz mövsümün antirekordu təkrarlanıb


Azərbaycan çempionatında son doqquz mövsümün antirekordu təkrarlanıb.

"Far.Az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXI turunda reallaşıb.

Turdakı beş qarşılaşmada beş qol vurulub. "Turan Tovuz" "Zirə"ni, "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı iki, "Sabah" "Kəpəz"i bir qolla məğlub edib. "Neftçi" – "Qarabağ" qarşılaşması isə təxirə salınıb.

Baş tutan 5 görüşdə orta məhsuldarlıq 1,00-a bərabər olub. Orta məhsuldarlığın 1,00 olması son 9 mövsümün antirekordunun təkrarıdır. Belə göstərici sonuncu dəfə ötən mövsümün XII turunda qeydə alınıb. 2024-cü il noyabrın 1-3-də keçirilən 5 matçda 5 qol vurulub.

Bu, mövsümün isə yeni antirekordudur. Ardıcıl ikinci turda məhsuldarlıq antirekordu qeydə alınır. Ötən turun 6 matçında 8 qol vurulmuşdu. Orta məhsuldarlıq 1,33-ə bərabər idi.

Qeyd edək ki, daha aşağı məhsuldarlıq sonuncu dəfə 2016/2017 mövsümünə təsadüf edib. II turun 4 oyununda 3 qol vurulub və məhsuldarlıq 0,75 olub.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər