Rusiyada qanunsuz yaşayan miqrantların sayı məlum oldu
Rusiyada təxminən 840 min miqrant qanunsuz şəkildə yaşayır.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin Dövlət Dumasında hökumətin hesabatı zamanı bildirib.
"Fevralın 6-na olan məlumata görə onların sayı təxminən 840 mindir", – deyə o qeyd edib.
Baş nazir xatırladıb ki, ötən il Rusiyada nəzarətdə olan şəxslərin reyestri istifadəyə verilib. Bu, Rusiya Daxili İşlər Nazirliyinin dövlət informasiya bazasıdır və ölkədə qanunsuz yaşayan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər həmin siyahıya daxil edilir.
Mişustin bildirib ki, bu reyestrə düşən şəxslərin hərəkət azadlığı, nəqliyyat vasitələrini idarə etmək hüququ, nikah bağlama imkanları və bir sıra bank xidmətlərindən istifadə hüquqları məhdudlaşdırılıb.
Baş nazir əlavə edib ki, 2025-ci ildən indiyədək 72 min nəfər ölkədən deportasiya olunub.
Fevralın 25-də Dövlət Dumasının sədri Vyaçeslav Volodin bəyan edib ki, Rusiyada qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində hüquqi baza artıq formalaşdırılıb. Onun sözlərinə görə, bu istiqamətdə 22 qanun qəbul edilib və onlardan 21-i artıq qüvvəyə minib.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur













