Rusiya vətəndaşlarına çağırış etdi - "Türkmənistan vasitəsilə İrandan çıxın"
Far.Az xəbər saytı

Rusiya vətəndaşlarına çağırış etdi - "Türkmənistan vasitəsilə İrandan çıxın"


İrandakı ruslara Türkmənistan vasitəsilə təxliyə olunmaları tövsiyə edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Aşqabaddakı Rusiya səfirliyinin "Telegram" kanalında bildirib.

"Əziz həmvətənlər! Mövcud vəziyyətə görə İrandan birbaşa uçuş edə bilməyənlər üçün Türkmənistan ərazisindən avtomobil yolu ilə səyahət üçün çıxış proseduru hazırlanıb. Çıxış yalnız İran-Türkmənistan sərhədindəki Sərəxs sərhəd keçid məntəqəsindən mümkündür" -deyə Rusiya səfirliyin açıqlamasında qeyd edilib.

Diplomatik nümayəndəlik həmçinin bildirib ki, Türkmənistan tərəfindən səyahət icazəsi almaq üçün Rusiya vətəndaşları əlavə təsdiq üçün müəyyən sənədlər paketini İrandakı Rusiya səfirliyinə təqdim etməlidirlər.

Türkmənistan və İran 1100 kilometrlik quru sərhədinə malikdir və Xəzər dənizi ilə həmsərhəddir.

Xatırladaq ki, bundan əvvəl, təxminən 40 rusiyalının Azərbaycan sərhədi vasitəsilə İrandan təxliyə edildiyi bildirilir. Rusiya vətəndaşlarının Astara keçid məntəqəsindən dövlət sərhədini mütəşəkkil şəkildə keçməsi martın 1-də başlayıb.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur
Banqladeş, Qətər, Pakistan vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər