Bakıda "Oracle" Mükəmməllik Mərkəzi yaradılacaq
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfəri çərçivəsində "Oracle" şirkətinin vitse-prezidentləri Ken Maklennan və Mark Nyuol ilə görüşüb.
"Far.Az" xəbər verir ki, bunu nazir Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, görüş zamanı Azərbaycanla "Oracle" arasında rəqəmsal transformasiya, süni intellekt və məlumat infrastrukturu sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.
Nazirin sözlərinə görə, həmçinin Azərbaycanda suveren "bulud" həlləri, süni intellekt imkanları, Bakıda "Oracle" Mükəmməllik Mərkəzinin yaradılması və Yeni Texnologiya, Süni İntellekt və Oyun İqtisadi Zonasının inkişafı üzrə növbəti addımlar barədə fikir mübadiləsi aparılıb.
Böyük Britaniyaya səfər çərçivəsində “Oracle” şirkətinin vitse-prezidentləri Ken Maklennan və Mark Nyuol ilə görüşdük.
— Rashad Nabiyev (@RashadNNabiyev) March 5, 2026
Görüş zamanı Azərbaycan ilə “Oracle” arasında rəqəmsal transformasiya, süni intellekt və məlumat infrastrukturu sahələrində əməkdaşlıq imkanlarını müzakirə… pic.twitter.com/bdcY8eo5BV
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Masallının böyük bir hissəsi qazsız qalacaq
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç baş tutub - YENİLƏNİB-2
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb













