"Qarabağ"ın braziliyalı müdafiəçisi 3 oyunda meydana çıxa bilməyəcək
Far.Az xəbər saytı

"Qarabağ"ın braziliyalı müdafiəçisi 3 oyunda meydana çıxa bilməyəcək


"Qarabağ"ın braziliyalı müdafiəçisi Mateus Silva 3 oyunda meydana çıxa bilməyəcək.

"Far.Az" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçin "Malmö" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan öncə baş tutan mətbuat konfransında bildirib.

O, futbolçunun zədədən əziyyət çəkdiyini söyləyib:

"Mateus Silvanın zədəsi var. Yəqin ki, 3 oyunda meydana çıxmayacaq. Yankoviçin durumu isə hələlik tam bilinmir. İnanırıq ki, yaxın vaxtda onun xidmətindən yararlana biləcəyik".

Qeyd edək ki, “Qarabağ” – “Malmö” görüşü oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Oxşar xəbərlər

UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB - 5
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7
Qurban Qurbanov: "Özünə məxsus oyun tərzi olan komandaya qarşı mübarizə aparacağıq"
"Qarabağ"ın baş məşqçisi: "UEFA Avropa Liqasının yeni formatına tam öyrəşə bilməmişik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər