"Qarabağ"ın baş məşqçisi: "UEFA Avropa Liqasının yeni formatına tam öyrəşə bilməmişik"
UEFA Avropa Liqasının yeni formatına tam öyrəşə bilməmişik.
"Far.Az" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçin "Malmö" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis əvvəlki formatın onlara daha uyğun gəldiyini söyləyib:
"Düzünü desəm, yeni formata hələ uyğunlaşmamışıq. Bizim kimi futbol ölkələrinə az komandanın yer aldığı qrupda olmaq sərf edir. Çünki biri var 3-4 komandanı təhlil edəsən, biri də var 36 komandanın oyunlarını yaxından izləyəsən. Lakin istənilən halda bu bizə problem yaratmamalıdır. Çünki futbolun dili birdir".
Qeyd edək ki, “Qarabağ” – “Malmö” görüşü oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Oxşar xəbərlər
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB - 5
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qurban Qurbanov: "Özünə məxsus oyun tərzi olan komandaya qarşı mübarizə aparacağıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













