Azərbaycan UNCTAD ilə rəqəmsal ticarət üzrə əməkdaşlığı müzakirə edib
Azərbaycan və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) arasında rəqəmsal ticarət üzrə potensialın artırılması proqramlarının təşkili, innovasiya ekosisteminin dəstəklənməsi istiqaməti üzrə müzakirələr aparılıb.
"Far.Az" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Müzakirələr nazirin 13-cü Qlobal Bakı Forumu çərçivəsində UNCTAD-ın baş katibi Rebeka Qrinspan ilə görüşündə aparılıb.
Onun sözlərinə görə, tərəflər iqtisadi tendensiyalar, qlobal biznes mühitinin və beynəlxalq ticarət əlaqələrinin cari vəziyyəti barədə müzakirələr edib: "Həmçinin iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal ticarət üzrə potensialın artırılması proqramlarının təşkili, innovasiya ekosisteminin dəstəklənməsi istiqamətində UNCTAD ilə əməkdaşlığın gücləndirilməsi imkanlarını vurğuladıq".
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Masallının böyük bir hissəsi qazsız qalacaq
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç baş tutub - YENİLƏNİB-2
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb













