AMB Qazaxıstanda keçirilmiş regional tədbirdə iştirak edib
Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində keçirilmiş "Mərkəzi bankın etibarlılığı və siyasət effektivliyi üçün kommunikasiya" mövzusunda regional tədbirdə iştirak edib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verur.
Məlumata görə, Beynəlxalq Valyuta Fondunun (IMF) Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Texniki Yardım Mərkəzi ilə Cənubi Asiya Regional Təlim və Texniki Yardım Mərkəzinin birgə təşkil etdiyi tədbirdə regionun mərkəzi bank nümayəndələri, kommunikasiya üzrə ekspertlər və beynəlxalq maliyyə institutlarının təmsilçiləri iştirak edib. Dördgünlük tədbir çərçivəsində mərkəzi bank kommunikasiyasının müasir çağırışları, ictimai etimadın gücləndirilməsi, eləcə də monetar siyasət üzrə məlumatlılığın artırılmasında kommunikasiya alətlərinin rolu ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin "Mərkəzi bank kommunikasiyası: ölkə təcrübələri" adlı interaktiv sessiyası çərçivəsində AMB-nin departament direktoru Tural İsmayılov qurumun kommunikasiya fəaliyyətinə dair təcrübəsini iştirakçılarla bölüşüb. O, AMB-nin kommunikasiya strategiyası, monetar siyasət qərarlarının ictimaiyyətə çatdırılması və institusional şəffaflığın gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri barədə təqdimat edib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR
-
WSJ: ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb
-
DİN qanunsuz silah saxlayanlara ÇAĞIRIŞ ETDİ
-
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
-
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi olacaq
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb













