Trampın Çin planı riskdə: İranla müharibə səfəri təxirə sala bilər
Donald Tramp ABŞ-nin İrana qarşı hərbi əməliyyatları fonunda Çinə səfərinin təxirə salına biləcəyini açıqlayıb. Onun sözlərinə görə, martın sonu və ya aprelin əvvəlinə planlaşdırılan səfərlə bağlı yekun qərar hələ verilməyib və məsələ Çin tərəfi ilə müzakirə olunur.
BAKU.WS xəbər verir ki, Ağ Evdə jurnalistlərə danışan ABŞ lideri bildirib ki, hazırkı vəziyyətdə ölkədə qalmağı daha məqsədəuyğun sayır.
Vaşinqtonun artıq səfərin təxminən bir ay gecikdirilməsi ilə bağlı müraciət etdiyi qeyd olunur.
Tramp eyni zamanda iddia edib ki, ABŞ-nin zərbələri olmasaydı, İran qısa müddətdə nüvə silahı əldə edə bilərdi. O, bu silahın region üçün ciddi təhlükə yaradacağını vurğulayıb. Rəsmi Tehran isə dəfələrlə nüvə silahı hazırlamadığını bəyan edib.
ABŞ prezidenti əlavə edib ki, Vaşinqton və İsrail tərəfindən aparılan hərbi əməliyyatlar yaxın vaxtlarda başa çata bilər. Bununla yanaşı, ABŞ Hörmüz boğazında təhlükəsiz gəmiçiliyi təmin etmək üçün beynəlxalq əməkdaşlıq imkanlarını da nəzərdən keçirir.
Tramp qeyd edib ki, bəzi ölkələr artıq dəstək verməyə hazır olduqlarını bildirsə də, ABŞ bu məsələdə müstəqil hərəkət etməyi də mümkün variant kimi qiymətləndirir.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













