iPhonelarda milyonlarla istifadəçini təhdid edən ciddi boşluq aşkarlandı
Texnologiya şirkəti Google və təhlükəsizlik firmaları iVerify və Lookout iOS 18 əməliyyat sistemində "DarkSword" adlandırılan kritik boşluq aşkar ediblər.
Far.Az xəbər verir ki, bu barədə Wired məlumat yayıb.
Mütəxəssislərin məlumatına görə, bu boşluq bir-biri ilə əlaqəli altı zəiflikdən ibarətdir. Hücum saxta veb-saytlar vasitəsilə həyata keçirilir. İstifadəçi belə saytlara daxil olduqda cihazda zərərli kod gizli şəkildə aktivləşir.
Araşdırmaya əsasən, hücum edən şəxslər sistemin əsas səviyyəsində idarəetmə imkanı əldə edə bilir. Bu isə onların istifadəçinin şəxsi məlumatlarına, o cümlədən parollara, foto və videolara, brauzer tarixçəsinə və tətbiq məlumatlarına çıxış əldə etməsinə şərait yaradır.
Boşluq həmçinin iMessage, WhatsApp və Telegram kimi messencerlərdəki yazışmalar üçün də risk yaradır. Bundan əlavə, kriptovalyuta cüzdanlarının məlumatlarının ələ keçirilməsi ehtimalı da qeyd olunur.
Məlumata görə, problem iOS 18.4–18.7 versiyalarını əhatə edib. Apple isə son yeniləmələrdə, o cümlədən iOS 18.7.2 və 18.7.3 versiyalarında bu boşluğu aradan qaldırıb.
Oxşar xəbərlər
Aqşin Fatehin restoranında saxta alkoqollu içkilər aşkarlandı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ucarda bazarda ciddi nöqsanlar aşkarlandı, rəhbəri cəzalandırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













