Əməkhaqqı sistemində islahatlar dövlət qulluğunda sistemin funksional effektivliyini artırır - RƏY
Dövlət qulluqçularının əməkhaqqı sistemində tətbiq edilən yeni islahatlar çərçivəsində əməkhaqqının tərkib elementlərinin aydın və sistemli şəkildə müəyyən edilməsi dövlət qulluğunda nəticəyönümlü yanaşmanı gücləndirir və ümumilikdə sistemin funksional effektivliyini artırır.
Bunu "Far.Az"a "Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi" İctimai Birliyinin üzvü, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında İctimai şuranın üzvü Aslan Əzimzadə deyib.
O qeyd edib ki, eyni zamanda əvvəlki dövrlərdə müxtəlif əlavələr şəklində təqdim olunan ödənişlərin vəzifə maaşına inteqrasiyası əməkhaqqı sisteminin vahid struktur çərçivəsində formalaşmasına şərait yaratmaqdadır:
"Bu yanaşma sistemin daha sabit, aydın, balanslı xarakter alınmasını təmin edir. İslahatların mühüm nəticələrindən biri kimi bir sıra hallarda müşahidə olunan əməkhaqqı disproporsiyalarının aradan qaldırılması dövlət qulluğunda bərabər imkanların genişlənməsinə şərait yaradır".
Ekspert vurğulayıb ki, bununla yanaşı, əməkhaqqının daha stabil və proqnozlaşdırılabilən xarakter alması dövlət qulluqçularının sosial və iqtisadi təminat səviyyəsini möhkəmlənməsinə xidmət etməkdədir.
"Digər tərəfdən, burada xüsusi bir məsələ qeyd olunmalıdır ki, yeni əməkhaqqı modelinə keçid dövlət qulluğu sistemində rəqabət qabiliyyətli əməkhaqqı mexanizminin formalaşmasına da səbəb olur. Müasir əmək bazarında özəl sektorun daha cəlbedici sosial və maliyyə imkanları təqdim etdiyi bir şəraitdə dövlət qulluğunda rəqabət qabiliyyətinin artırılması bu sahədə insan kapitalının cəlb edilməsi və saxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir", - A.Əzimzadə deyib.
Onun fikrincə, burada, xüsusilə, beynəlxalq təcrübəyə istinad məsələləri də önəmlidir. Ekspert qeyd edib ki, bir sıra ölkələrdə, o cümlədən, Gürcüstanda, Sloveniyada, Estoniyada, Honkonqda aparılan empirik tədqiqatlar nəticəsində müəyyən olunub ki, dövlət qulluğundakı dövlət qulluqçularının əməkhaqqı sistemindəki dəyişikliklər ilə qeyri-şəffaflıq proseslərinin azaldılması arasında müsbət əlaqə mövcuddur:
"Belə ki, faktiki olaraq bu ölkələrdə aparılan tədqiqatlar onu deməyə əsas verir ki, dövlət qulluqçularının əməkhaqlarının artırılması bir tərəfdən qeyri-şəffaf proseslərin azaldılmasına, digər tərəfdən isə qeyri-şəffaflıq prosesləri üzrə cinayət işlərini azaldılmasına öz müsbət təsirini göstərməkdədir. Bu məsələ ilə bağlı təqribən 20%-ə qədər sözügedən ölkələrdə azalmaları müşahidə edirik".
Xatırladaq ki, dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən son islahatlar çərçivəsində mükafatlandırma mexanizminin ləğv edilməsi nəzərdə tutulur.
Bununla bağlı dəyişikliklər Milli Məclisin qəbul etdiyi "Dövlət qulluğu haqqında" Qanunda və digər qanunvericilik aktlarında öz əksini tapıb.
Belə ki, yeni yanaşmaya əsasən, dövlət büdcəsi hesabına ödənilən mükafatlar tamamilə ləğv olunur. Bu dəyişiklik həm kollektiv, həm də fərdi mükafatları əhatə edir. Belə ki, indiyədək dövlət qulluqçularının fəaliyyətinə görə verilən əlavə təşviq ödənişləri artıq mövcud olmayacaq və əməkhaqqı sistemi daha vahid və şəffaf struktur üzərində formalaşdırılacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - YENİLƏNİB
-
Martin Çunqonq "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub
-
ETX uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı sosial videoçarx hazırlayıb
-
ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb
-
Ayxan Hacızadə: Jan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik
-
ABŞ qırıcısı Oman körfəzində İranın neft tankerini sıradan çıxarıb













