İsmayıl Bəqai Amerikanın müharibədən imtina etməsini tələb edir
Far.Az xəbər saytı

İsmayıl Bəqai Amerikanın müharibədən imtina etməsini tələb edir


İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Amerikanın müharibədən imtina etməsini tələb edir.

Far.Az "Tasnim"ə istinadən xəbər verir ki, o Amerika vətəndaşlarını və rəsmilərini İrana qarşı qanunsuz müharibəni pisləməyə çağırıb və bunu etməyin təmiz vicdanlı insanların əsas məsuliyyəti olduğunu bildirib.

"Bu müharibə Amerika xalqının müharibəsi deyil... Bu qanunsuz müharibəni inkar etmək, vicdanı təmiz olan hər hansı bir Amerika vətəndaşının və ya rəsmisinin edə biləcəyi və etməli olduğu minimum addımdır" - deyə Bəqai "X" hesabındakı paylaşımda qeyd edib.

O, həmçinin ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin direktoru Co Kentin istefa ərizəsinin fotosunu da əlavə edib.

Bəqai Kent, ABŞ prezidenti Donald Trampa ünvanladığı istefa ərizəsinin surətini sosial media platforması "X"də dərc edib.

"Mən vicdanımla İranda davam edən müharibəni dəstəkləyə bilmərəm" - deyə, Kent istefa ərizəsində qeyd edib.

Bəqai qeyd edib ki, bu istefa Tramp administrasiyası daxilində müharibə səylərinə qarşı ən yüksək səviyyədə tənqiddir.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər