"FT": ABŞ-nin neft və qaz müqavilələri İrana görə iflic olub
Far.Az xəbər saytı

"FT": ABŞ-nin neft və qaz müqavilələri İrana görə iflic olub


Yaxın Şərqdəki münaqişə səbəbindən enerji qiymətlərinin kəskin artmasının yaratdığı bazar qeyri-müəyyənliyi fonunda ABŞ-da neft və qaz sövdələşmələri faktiki olaraq dayanıb.

"Far.Az" xəbər verir ki, bu barədə "The Financial Times" (FT) qəzeti bankirlərə və hüquqşünaslara istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu sahədə bütün danışıqlar bazarlar sakitləşənə və əmtəə qiymətləri sabitləşənə qədər yavaşlayıb və ya dayandırılıb.

"Hər şey dayanıb. İki ticarət müqaviləm, uzunmüddətli müqavilələrim var, amma hazırda hər şey iflic vəziyyətdədir, çünki heç kim heç nəyə qiymət qoya bilmir", deyə "Vinson & Elkins" hüquq firmasının ortağı Brayan Luk nəşrə bildirib.

Enerji məsələləri ilə məşğul olan yüksək vəzifəli London bankirlərindən biri nəşrə bildirib: "Hazırda üç və ya dörd satış prosesim var və hamısını dayandırmışıq. Təklifləri qəbul etməyin mənası yoxdur, çünki onlar çox fərqli olacaq".

O, izah edib ki, 23-27 mart tarixlərində Texasın Hyuston şəhərində keçirilməsi planlaşdırılan illik "CERAWeek" enerji konfransı "bu il çox qeyri-adi olacaq".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər