Abdulkadir Uraloğlu: Qara dənizdə neft tankerinə dron hücumu qəsdən törədilib - YENİLƏNİB
Far.Az xəbər saytı

Abdulkadir Uraloğlu: Qara dənizdə neft tankerinə dron hücumu qəsdən törədilib - YENİLƏNİB


Qara dənizdə "ALTURA" neft tankerinə dron hücumu qəsdən törədilib.

"Far.Az" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

"Gəminin mühərrik bölməsində partlayış baş verib, dəniz dronu ilə vurulduğunu düşünürük. Aidiyyəti qurumlar hadisə yerindədir", - deyə o qeyd edib.

Nazir bildirib ki, Rusiyada xam neft yüklənmiş, xarici ölkənin bayrağı altında üzən gəminin ekipaj heyətinin türk olduqları bilinir.

A.Uraloğlu həmçinin vurğulayıb ki, hücum gəmini tamamilə sıradan çıxarmaq məqsədi daşıyıb:

"Yəni qəsdən həyata keçirilib. Yaxın saatlarda dəqiq məlumat veriləcək".

Türkiyəyə məxsus "ALTURA" adlı neft tankerinin pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qaldığı iddia edilir.

"Far.Az" "Haber Global"a istinadən xəbər verir ki, tanker İstanbul boğazının girişindən 15 mil (24,14 km) məsafədə vurulub.

Məlumata görə, hücum nəticəsində gəminin bəzi hissələrinə ziyan dəysə də, 27 nəfərlik heyət üzvləri zərər görməyib.

Tankerdə 140 min ton (1 milyon barel) neftin olduğu bildirilib.

Tankerin vurulması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Oxşar xəbərlər

İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər