İstanbulda Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti keçirilir
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – "Stratcom Summit 26" keçirilir.
Medianın İnkişadı Agentliyindən "Report"a verilən xəbərə görə, sammit qlobal miqyasda baş verən geosiyasi və kommunikasiya transformasiyaları fonunda strateji kommunikasiya sahəsində aktual çağırışların müzakirəsi üçün mühüm platforma rolunu oynayır.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, beynəlxalq ekspertlər, strateji kommunikasiya sahəsi üzrə məsul şəxslər, qabaqcıl mütəxəssislər və akademik dairələrin təmsilçiləri iştirak edirlər.
"Rəqəmsal kommunikasiya ekosistemində qlobal ictimai rəyin transformasiyası" mövzusunda panel sessiyada çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, rəqəmsal kommunikasiya mühitində ictimai rəy qlobal və dinamik xarakter alaraq həm yeni imkanlar, həm də dezinformasiya və etimad böhranı kimi neqativ nəticələr yaratmışdır. Bu proseslərin effektiv idarə olunması üçün media savadlılığının artırılması, yerli kontentin təşviqi, texnoloji həllərin tətbiqi və institusional əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayan Əhməd İsmayılov bildirib ki, strateji kommunikasiyanın proaktiv əsasda qurulması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dayanıqlı və etibarlı informasiya mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Məlumat üçün bildirək ki, 27-28 mart tarixlərini əhatə edən sammit çərçivəsində keçirilən panel müzakirələrdə müasir kommunikasiya mühitində narrativlərin rolu, qlobal informasiya axınının dinamikası, rəqəmsal texnologiyaların təsiri və böhran dövrlərində informasiya idarəçiliyinin əhəmiyyəti kimi məsələlər ətrafında fikir mübadiləsi aparılır.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var
-
COP29 karbon bazarı əməkdaşlığının yeni mərhələsi üçün əsas yaradıb













