Antarktida sürətlə yaşıllaşır
Hartfordşir və Ekseter universitetlərinin britaniyalı alimləri müəyyən ediblər ki, Antarktida iqlim istiləşdikcə sürətlə yaşıllaşır.
“Report” xəbər verir ki, tədqiqat Nature Geoscience (NatGeo) elmi jurnalında dərc olunub.
Komanda 1986-cı ildən 2021-ci ilə qədər peyk məlumatlarını təhlil edib. Məlum olub ki, Antarktika yarımadasında bitki örtüyü bir kvadrat kilometrdən az olan ərazidən 12 kvadrat kilometrə qədər artıb.
Ekseter universitetinin alimi Tomas Roland bildirib ki, Yer kürəsinin ən sərt iqlim şəraitində böyüyən bitkiləri Antarktika yarımadasındadır:
“Landşaft hələ də demək olar ki, tamamilə qar, buz və qayalarla örtülüb, onun yalnız kiçik bir hissəsində bitkilər mövcuddur. Ancaq bu kiçik hissə kəskin şəkildə böyüyüb. Bu Antarktidanın geniş və təcrid olunmuş səhrasının insanın səbəb olduğu iqlim dəyişikliyinin təsirlərinə həssas olduğunu göstərir”.
Alimlər deyirlər ki, Antarktidada daha çox bitki örtüyü qütb torpaqlarına üzvi maddələr əlavə edəcək və nəticədə digər flora növlərinin inkişafına zəmin yaranacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək













