UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk matçları baş tutacaq
Far.Az xəbər saytı

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk matçları baş tutacaq


UEFA Konfrans Liqasında bu gün 1/4 final mərhələsinin ilk qarşılaşmaları baş tutacaq.

"Far.Az" xəbər verir ki, İspaniyanın "Rayo Valyekano" komandası Yunanıstan təmsilçisi AEK-i qəbul edəcək.

Ukraynanın "Şaxtyor" kollektivi Niderlandın AZ klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. İngiltərənin "Kristal Pelas" komandası İtaliya təmsilçisi "Fiorentina"nı sınağa çəkəcək.

Almaniyanın "Maynts 05" klubu isə Fransanın "Strasburq" kollektivi ilə qarşılaşacaq.

UEFA Konfrans Liqası

1/4 final mərhələsi, ilk oyunlar

9 aprel

20:45. "Rayo Valyekano" (İspaniya) – AEK (Yunanıstan)

23:00. "Şaxtyor" (Ukrayna) – AZ (Alkmaar, Niderland)

23:00. "Kristal Pelas" (İngiltərə) – "Fiorentina" (İtaliya)

23:00. "Maynts 05" (Almaniya) – "Strasburq" (Fransa)

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 16-da keçiriləcək.

Oxşar xəbərlər

UEFA Konfrans Liqası: "Samsunspor" "Rayo Velyekano"nu qəbul edəcək
Konfrans Liqası: "Samsunspor" məğlub olub, AEK böyükhesablı qələbə qazanıb
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib
Prezident İlham Əliyev Niderlandın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər