Anar Axundov: "2027-ci ildə V Könüllü Milli Hesabatın təqdim edilməsi planlaşdırılır"
Far.Az xəbər saytı

Anar Axundov: "2027-ci ildə V Könüllü Milli Hesabatın təqdim edilməsi planlaşdırılır"


2027-ci ildə Azərbaycanın V Könüllü Milli Hesabatı təqdim etməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov bu gün Bakıda keçirilən BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında deyib.

O bildirib ki, Azərbaycan bu gün Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə dördüncü Könüllü Milli Hesabatını təqdim etmiş azsaylı ölkələrdən biridir: "BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi ilə əməkdaşlıq çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin regional səviyyədə lokallaşdırılması layihəsinə başlanılıb. Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılması onların yalnız qlobal səviyyədə qəbul edilməsini deyil, eyni zamanda milli, regional və yerli səviyyələrdə siyasətlərə, proqramlara və inkişaf planlarına inteqrasiya edilməsini nəzərdə tutur".

Nazir müavini qeyd edib ki, fəaliyyətin ilkin mərhələsi olaraq İqtisadiyyat Nazirliyi və BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi tərəfindən Naxçıvanda və azad edilmiş ərazilərdə – ilk mərhələdə Şuşa şəhərində – müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində lokallaşdırma təşəbbüslərinin başlanması üçün işlər görülür: "Əminik ki, BMT ilə tərəfdaşlığımızın növbəti mərhələsi ölkəmizdə dayanıqlı inkişafa, və regionda sülhə, rifaha və sabitliyə töhfə verəcək".

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər