Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıb
Far.Az xəbər saytı

Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıb


2024-cü ilin sentyabr ayı ərzində Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıb.

“Far.Az”a Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, qanunsuz yaşayan əcnəbilər DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin paytaxtın ərazi polis orqanlarının əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən ediliblər.

Məlumata görə, saxlanılan 40 nəfər əcnəbi Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşayan, bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməyən, Azərbaycan Respublikasında olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran şəxslərdir.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta protokolu tərtib olunub və aidiyyəti üzrə təhvil veriliblər.

Qeyd edək ki, cari ilin əvvəlindən bu günə kimi ümumilikdə 413 nəfər əcnəbi vətəndaş müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər