Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq
Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
"Report"un yerli bürosunun məlumatına görə, bu gecə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinə verilən sifariş əsasında 110/10 kV-luq "Koroğlu" yarımstansiyası təmirə çıxarılacaq. Bununla əlaqədar olaraq, həmin yarımstansiyadan qidalanan ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Nəticədə şəhərin Bahadur Abbasov, İdris Məmmədov, Sabir, Yunis Məmmədov, Qoçüstü, Çənlibel və Yeni Naxçıvan yaşayış massivlərində, eləcə də şəhərin 6, 9, 10 və 11-ci məhəllələrində saat 02:00-dan 05:00-dək elektrik enerjisinin verilməsində fasilə yaranacaq.
Oxşar xəbərlər
"Xankəndi-1" elektrik yarımstansiyası istismara verilib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Zülmətdən işığa çıxan Qarabağ: “Azərişığ”ın 10 illik uğur yolu
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək













