Bakıda məktəblərdən birində QR kod əsaslı davamiyyət sistemi tətbiq edilib
Bakıdakı 12 nömrəli tam orta ümumtəhsil məktəbində QR kod əsaslı "Elektron davamiyyət" sistemi tətbiq edilməyə başlanıb.
Bu barədə "Far.Az"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Dərsə davamiyyətin rəqəmsallaşdırılması, valideyn-məktəb əlaqələrinin gücləndirilməsi və şagirdlərin təhlükəsizliyinin daha effektiv şəkildə təmin edilməsi məqsədilə tətbiq edilən yeniliyə əsasən, hər bir şagird üçün xüsusi QR kod yaradılıb. Şagirdlər məktəbə daxil olarkən bu kodlar vasitəsilə avtomatik qeydiyyatdan keçirlər. Bu isə davamiyyətin real vaxt rejimində məktəb və valideynlər tərəfindən izlənilməsinə imkan yaradır.
"Elektron davamiyyət" sistemi vasitəsilə:
· Şagirdlərin məktəbə giriş vaxtı anında qeydə alınır;
· Dərhal valideynlərin "WhatsApp" nömrəsinə bildiriş göndərilir;
· Gecikmə və davamiyyət statistikası rəqəmsal baza üzərindən şəffaf şəkildə aparılır.
Pilot layihə olaraq 10 sinifdə tətbiq olunan yeniliyin həftə ərzində bütün sinifləri əhatə etməsi nəzərdə tutulur.
Qeyd edək ki, sistemin tətbiqi təhsil prosesinin daha şəffaf idarə olunmasına və müasir texnologiyaların təhsil mühitinə inteqrasiyasına xidmət edir.
MƏLUMAT YENİLƏNİR...
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu
-
ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub
-
"Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib
-
Bu gün Beynəlxalq Gənclər Günüdür
-
Maltada Etna vulkanının kül buluduna görə onlarla aviareys ləğv edilib
-
Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının üçtərəfli görüşü keçirilib













