Bosniya və Herseqovinada meşə yanğınları davam edir
Bosniya və Herseqovinada dünən başlayan meşə və otlaq yanğınları davam edir, hərbi helikopterin dəstəyi istənilib.
"Far.Az"un Balkan bürosu xəbər verir ki, yanğın mayın 29-u günorta saatlarında Bosniya və Herseqovinanın Yablanitsa qəsəbəsi yaxınlığında yerləşən Pisvir bölgəsində şam meşəsində başlayıb.
Yablanitsa Yanğından Mühafizə Bölməsinin əməkdaşları ötən gün saat 14:30-dan 21:00-dək alovla mübarizə aparsalar da, yanğının baş verdiyi ərazinin əlçatan olmaması səbəbilə yanğın hələ də davam edir.
Məlumata görə, hazırda ölkənin Silahlı Qüvvələrinə məxsus helikopterin cəlb olunması ilə bağlı müraciət edilib.
Səlahiyyətli qurumlar ölkə ərazisində yanğınların nəzarət altına alınması istiqamətində işlərin davam etdirildiyini bildiriblər.
Oxşar xəbərlər
Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
"Torqovı"da GÜCLÜ YANĞIN nəzarət altına alınıb, xəsarət alan var
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beynəlxalq maliyyə qurumlarından birgə bəyanat: Qlobal neft ehtiyatları rekord sürətlə tükənməkdədir
-
Göyçayda güclü külək ağacı avtomobilin üstünə aşırıb, rayonda bir sıra fəsadlar yaranıb
-
Azərbaycan Suriyada 1000 ailəyə humanitar yardım göstərib
-
İnsanların axın etdiyi müqəddəs məkanın sirri: "Bu su üstlərinə düşsə..."
-
ABŞ Türkmənistan qazının Transxəzər marşrutlarla ixracını dəstəkləyir
-
Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb













