Azərbaycan-Latviya Komissiyasının iclasının yekun protokolu təsdiqlənib
Far.Az xəbər saytı

Azərbaycan-Latviya Komissiyasının iclasının yekun protokolu təsdiqlənib


Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının yekunlarına dair protokol təsdiqlənib.

"Far.Az"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, sənəd iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, investisiyaların genişləndirilməsi, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, nəqliyyat, elm və təhsil, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi, şəhərsalma və tikinti, ətraf mühitin mühafizəsi və meşəçilik, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişafını nəzərdə tutur.

Yekun protokolda həmçinin Azərbaycan və Latviya arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti öz əksini tapıb.

Tərəflər Birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının gələn il Latviyanın paytaxtı Riqada keçirilməsi barədə razılığa gəliblər.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Səfir: İordaniya Azərbaycan vasitəsilə Qafqaz və Mərkəzi Asiya bazarlarına çıxışa ümid edir - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər