Azərbaycanda biznesin idarəedilməsində yeni dövlət standartı qəbul edilib
Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO TS 22317:2026 "Təhlükəsizlik və davamlılıq. İş fəaliyyətinin (biznesin) davamlılığını idarəetmə sistemləri. İş fəaliyyətinə (biznesə) təsirin təhlili üzrə təlimatlar" yeni dövlət standartı qəbul edilib.
"Far.Az" bu barədə AZSTAND-a istinadən xəbər verir.
Bildirilib ki, yeni standartın tətbiqi müəssisə və təşkilatlarda biznes fəaliyyətinə təsirin sistemli və hərtərəfli təhlilini təmin etməklə kritik iş proseslərinin asanlıqla müəyyənləşdirilməsinə, potensial risklərin dəqiq qiymətləndirilməsinə və iş davamlılığının daha səmərəli və effektiv idarə olunmasına mühüm töhfə verəcək.
Sözügedən dövlət standartı AZSTAND-ın təsis etdiyi "Uyğunluğun qiymətləndirilməsi" standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Elnur Bağırov: "Azərbaycanda keyfiyyət infrastrukturu sistemli inkişaf mərhələsinə keçib" - MÜSAHİBƏ
Azərbaycan sənaye təhlükəsizliyi üzrə yeni dövlət standartlarını qəbul edib
WUF13 Əməliyyat Şirkəti: ISO 20121 standartı xərclərin optimallaşdırılmasına imkan verir
AZSTAND beynəlxalq standartlara uyğunlaşma ilə bağlı fəaliyyətini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













