Azərbaycanda 2028-ci ilədək içməli su təminatı 85 %-ə çatdırılacaq
Far.Az xəbər saytı

Azərbaycanda 2028-ci ilədək içməli su təminatı 85 %-ə çatdırılacaq


Azərbaycanda 2027-ci ilin sonunadək şirin su ehtiyatlarının artırılması məqsədilə dörd yeni su anbarı yaradılacaq, su təchizatı infrastrukturunun genişləndirilməsi nəticəsində içməli su təminatı 85 %-ə çatdırılacaq.

"Far.Az" xəbər verir ki, bu barədə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib.

2024−2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyanın”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, suvarma suyu təminatı isə 90 %-ə çatdırılacaq, alternativ su mənbələrindən istifadə təşviq ediləcək, sayğaclaşma səviyyəsinin 100 %-ə çatdırılmasına, içməli su təchizatı üzrə itkilərin 33 %-ə və suvarma suyu təchizatı sahəsində itkilərin isə 42 %-ə qədər azaldılmasına nail olunacaq.

Bildirilir ki, suların dövlət uçotu sistemi təkmilləşdiriləcək və qanunsuz müdaxilələrin qarşısının alınması nəzərdə tutulur.

Müasir suvarma üsullarının tətbiqi genişləndirilərək 2027-ci ildə ölkə üzrə 10 %-ə çatdırılacaq.

Sanitariya xidmətləri ilə əhatə olunan ərazilərin xüsusi çəkisi isə 43 %-ə çatdırılacaq.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanda "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" təsdiqlənəcək
Bu gün xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
Azərbaycanda 2041-ci ilədək su ehtiyatlarının artırılması ilə bağlı hədəflər müəyyən edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər