Meteoroloqlar “Milton” qasırğasının güclənməsinin səbəbini açıqlayıblar
Far.Az xəbər saytı

Meteoroloqlar “Milton” qasırğasının güclənməsinin səbəbini açıqlayıblar


ABŞ-nin Florida ştatında ciddi fəsadlar törədən “Milton” qasırğası qlobal istiləşmənin təsiri ilə güclənib.

"Far.Az" "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə “World Weather Attribution” (WWA) mərkəzi məlumat yayıb.

“Biz belə qənaətə gəldik ki, iqlim dəyişikliyi qasırğanın trayektoriyası boyunca dəniz səthinin temperaturunun artmasına güclü təsir göstərib”, - məlumatda bildirilib.

WWA-dan vurğulayıblar ki, artan qlobal temperatur dəniz suyunun istiləşməsinə təsir edir və bu da öz növbəsində havanın rütubətinə birbaşa təsir göstərir.

Mərkəzin məlumatlarına əsasən, son illər qasırğalar güclənir, daha intensiv olur və fırtına dalğaları dəniz səviyyəsinin qalxması səbəbindən daha çox ziyan vura bilər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Sentyabr ayının hava proqnozu açıqlanıb
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
COP29 qlobal səviyyədə istixana qaz emissiyalarının balansını təmin edəcək - FOTO - ANALİZ 
“Milton” qasırğası nəticəsində su basmış Florida küçələrində timsahlar peyda olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər