BƏT-lə əməkdaşlıq çərçivəsində uşaq əməyinin aradan qaldırılmasına dair üçtərəfli görüş keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıq çərçivəsində uşaq əməyinin aradan qaldırılmasına dair üçtərəfli görüş keçirilib.
Nazirlikdən "Far.Az"a verilən məlumata görə, dövlət qurumlarının, sosial tərəfdaşların nümayəndələrinin iştirakı ilə keçirilən görüş uşaq əməyi ilə mübarizəyə dair qlobal çağırışlar, bu sahədə beynəlxalq hüquqi çərçivə və praktiki yanaşmalar barədə iştirakçıları məlumatlandırmaq məqsədi daşıyıb.
Nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov layiqli əməyin təminatı sahəsində aparılan dövlət siyasəti barədə məlumat verib, ölkəmiz tərəfindən BƏT-in 60 Konvensiya və 1 protokolunun ratifikasiya edildiyini diqqətə çatdırıb. Son illər bu sahədə hüquqi bazanın gücləndirilməsi, əmək müfəttişliyi mexanizmlərinin təkmilləşdirilməsi aparılan işlərdən bəhs olunub.
"Əmək və Məşğulluq" (ƏMAS) altsistemində uşaq əməyinə nəzarət üzrə funksionallıqların da olduğu qeyd edilib. Uşaq əməyinin istismarı hallarının qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumlarının təmsil olunduğu İşçi Qrupunun fəaliyyəti vurğulanıb.
BƏT-in Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev uşaq əməyinin aradan qaldırılmasının BƏT-in fundamental prinsiplərindən olduğunu, Təşkilatın 138 və 182 saylı Konvensiyalarının əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycanın uşaq əməyinə qarşı mübarizədə əldə etdiyi nailiyyətlər, ölkədə sosial dialoq mexanizmlərinin inkişafı və rəqəmsal həllərin tətbiqi müsbət qiymətləndirilib.
Vebinar formatında keçirilən görüşdə təqdimatlar edilib, bu sahədə beynəlxalq əmək standartları, onların praktik tətbiqi, uğurlu təcrübələr ilə bağlı məlumatlandırma aparılıb.
Oxşar xəbərlər
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Layiqli Əmək Səfirləri ilə görüş keçirilib
Azərbaycanla BƏT arasında "2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı" imzalanıb
"Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Azərbaycan cüdoçularının Qran-Pri turnirindəki ilk rəqibləri müəyyənləşib
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır













