Masato Kanda: "ADB Azərbaycan vasitəsilə "yaşıl enerji" tədarükünə kömək edir" - EKSKLÜZİV
Asiya İnkişaf Bankı (ADB) Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropa bazarına bərpa olunan enerjinin ixracına kömək etməyi öz missiyası kimi müəyyən edib.
Bunu "Far.Az"un müxbirinə ADB-nin Prezidenti Masato Kanda Səmərqənddə keçirilən bankın Rəhbərlər Şurasının 59-cu illik iclasının kuluarlarında bildirib.
Daha əvvəl ADB tərəfdaşlıq strategiyası çərçivəsində Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər investisiya yönəltmək niyyətində olduğunu açıqlayıb.
Orta Dəhliz, energetika sektoru və özəl biznesin dəstəklənməsi kimi prioritet fəaliyyət istiqamətləri barədə suala cavab olaraq bankın rəhbəri bildirib ki, adı çəkilən bütün sahələr birinci dərəcəli əhəmiyyətə malikdir.
"Hər şey bir-biri ilə sıx bağlıdır. Məsələn, Orta Dəhlizin inkişafı layihəsi, sözsüz ki, nəqliyyat və yol infrastrukturundan başlayır, lakin o, həmçinin bərpa olunan enerji mənbələri də daxil olmaqla rəqəmsal rabitə və enerji inteqrasiyası elementlərini əhatə edir. Və qarşımızda buradan (Özbəkistandan, Mərkəzi Asiyadan - red.) Azərbaycan vasitəsilə, o cümlədən Avropa qitəsinə "yaşıl enerji"nin ixracı kimi bir missiya durur", - M. Kanda deyib.
Bundan əlavə, ADB 2030-cu ilə qədər bütün Cənubi Qafqaz və Mərkəzi Asiya məkanında regional əlaqələrin gücləndirilməsinə, təmiz enerjinin inkişafına, rəqəmsal transformasiyaya və inklüziv infrastrukturun yaradılmasına 10 milyard ABŞ dollarından çox investisiya yatırmaq niyyətindədir.
Xatırladaq ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu dövr ərzində bank 145 layihəni maliyyələşdirərək ölkə iqtisadiyyatına 5 milyard ABŞ dollarından çox sərmayə qoyub. Onlardan təxminən 4 milyard ABŞ dolları dövlət sektoruna, 1 milyard ABŞ dolları isə özəl sektora yönəldilib. Ən böyük maliyyələşdirmə istiqamətləri nəqliyyat (1,5 milyard dollar) və energetika (1,7 milyard dollar) sahələridir.
ADB 1966-cı ildə təsis edilib, onun mənzil-qərargahı Manilada yerləşir. Bankın tərkibinə 69 səhmdar ölkə daxildir, onların da 50-si Asiya-Sakit okean regionunu təmsil edir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Mançester Yunayted" ÇL-nin gələn mövsümünə vəsiqə qazanıb
-
Almaniya kansleri Trampı yox, ABŞ-ni üstün tutur
-
Paşinyan İrəvanda ATƏT-in baş katibi ilə görüşüb
-
Siqaret çəkmək əsəbləri sakitləşdirir?
-
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
-
Polşanın şimal-şərqində NATO-nun "Amber Shock" təlimləri keçirilir













