Zelenski: "Avropa Siyasi Birliyi"nin sammiti çərçivəsində Ukrayna üzrə danışıqların aktivləşdirilməsi məsələsi müzakirə edilib
Far.Az xəbər saytı

Zelenski: "Avropa Siyasi Birliyi"nin sammiti çərçivəsində Ukrayna üzrə danışıqların aktivləşdirilməsi məsələsi müzakirə edilib


İrəvanda "Avropa Siyasi Birliyi"nin sammiti çərçivəsində Ukrayna böhranının nizamlanması üzrə danışıqların aktivləşdirilməsi məsələsi müzakirə edilib.

"Far.Az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə məlumat verib.

O, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, eləcə də bir sıra Avropa ölkələrinin liderləri ilə danışıqlar apardığını bildirib.

"İrandakı müharibəyə görə hazırda danışıqlarda açıq-aşkar fasilə var. Bu prosesi necə aktivləşdirə biləcəyimizi, ABŞ ilə əlaqələri və burada Avropanın rolunu müzakirə etdik. Cəbhədəki vəziyyət və hava hücumundan müdafiənin gücləndirilməsi barədə də danışdıq", - o qeyd edib.

V.Zelenski PURL proqramı çərçivəsində Ukraynaya əlavə 200 milyon dollar veriləcəyini elan edən Kanadanın Baş naziri Mark Karniyə təşəkkür də edib.

Oxşar xəbərlər

İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü olub
İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilir
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Antonio Koşta Bakıda şəhidlərin xatirəsini anıb
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər