Türkiyədə Azərbaycan Kinosu Günləri keçirilir
Türkiyədə Azərbaycan Kinosu Günləri keçirilir.
Bu barədə "Report"a Azərbaycan Respublikasının Kino Agentliyindən məlumat verilib.
Bildirilib ki, layihə Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Kino Agentliyi və Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib.
Tədbir proqramının açılış mərasimi və ilk film nümayişi mayın 5-i saat 14:00-da Ege Universitetində baş tutub.
Açılışda tamaşaçılara yeni Azərbaycan filmi olan "Nargin: Sonadək sirli" təqdim ediləcək. Bədii-sənədli ekran əsəri Azərbaycan tarixinin mühüm, lakin az öyrənilmiş səhifələrindən birinə işıq salır.
Filmdə xüsusilə Birinci Dünya müharibəsi dövründə Bakı yaxınlığında – Xəzər dənizindəki Nargin adasında baş verən hadisələr və orada saxlanılan Osmanlı əsirlərinin ağır yaşam şəraiti əks olunur. Ekran əsəri Azərbaycan türklərinin ən çətin tarixi dönəmlərdə belə türk qardaşlarına kömək etmək üçün nümayiş etdirdikləri fədakarlığı ön plana çəkərək, dostluq və qardaşlıq tellərinin ən ağır sınaqlardan güclənərək çıxdığını xüsusi vurğulayır.
Proqram çərçivəsində "Buta", "Cənnət yuxusu" və "Zəfər rəqsi" filmləri də nümayiş olunacaq.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qaraheybət təlim mərkəzində bədbəxt hadisə
-
WUF13 zamanı Bakıda geniş nəqliyyat planı tətbiq olunacaq
-
"Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİ
-
Qaraheybətdə təlim mərkəzində bədbəxt hadisə baş verib
-
Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb
-
"Tanjug": Azərbaycan dünyada ən çox palçıq vulkanına sahib ölkədir













