Özbəkistan Çinlə enerji sistemlərini birləşdirmək üçün danışıqlar aparır
Özbəkistan Çinin enerji sisteminə qoşulmanı müzakirə edir, eyni zamanda Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Avropaya "yaşıl enerji"nin ixracı üzrə irimiqyaslı layihəni inkişaf etdirir.
"Far.Az"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Özbəkistan Baş nazirinin müavini Cəmşid Xocayev Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 59-cu illik toplantısı çərçivəsində keçirilən "Panasiya Enerji Sistemi"nə (PAGI) həsr olunmuş seminarda bildirib.
"Özbəkistan öz strategiyasını irimiqyaslı transkontinental enerji dəhlizləri kontekstində qurur. Xüsusilə, söhbət yüksək gərginlikli sabit cərəyan xətləri (HVDC) texnologiyası əsasında elektrik enerjisinin ötürülməsi layihəsinin yaradılmasında iştirakdan gedir. Layihənin məqsədi Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan marşrutu vasitəsilə Avropaya "yaşıl enerji" ixrac etməkdir.
Texniki-iqtisadi əsaslandırmanın hazırlanmasında dəstəyinə görə ADB-yə minnətdarlığımızı bildiririk. Yyni vaxtda, əməkdaşlığımızın coğrafi sərhədlərini əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verəcək Çinin enerji sistemi ilə potensial inteqrasiyaya dair məsləhətləşmələr aparılır. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, respublika öz ənənəvi rolunun hüdudlarını inamla aşır və bu gün özünü elektrik enerjisinin etibarlı istehsalçısı, səmərəli tranzit dəhlizi və ən əsası, enerji sistemlərinin regional inteqratoru kimi mövqeləndirir", - C.Xocayev deyib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
FHN Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təlim keçirib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













