Zelenski: Kramatorska endirilən zərbə nəticəsində 5 nəfər ölüb
Far.Az xəbər saytı

Zelenski: Kramatorska endirilən zərbə nəticəsində 5 nəfər ölüb


Bu gün Rusiya qoşunları tərəfindən Ukraynanın Kramatorsk şəhərinin bombardman edilməsi zamanı 5 nəfər ölüb.

"Far.Az"un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində bildirib.

"Donetsk vilayətinin Kramatorsk şəhərində Rusiyanın aviabombalarla zərbə endirdiyi ərazidə xilasetmə əməliyyatı davam edir. Zərbə birbaşa şəhərin mərkəzinə, insanlara endirilib. Hazırda azı beş nəfərin yaralandığı və beş nəfərin həlak olduğu məlumdur. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Təəssüf ki, qurbanların sayı arta bilər", - o yazıb.

V.Zelenski qeyd edib ki, hadisə yerində xilasedicilər və tibb işçiləri işləyir.

Oxşar xəbərlər

Azərbaycanın tibb işçiləri NATO-nun təlimində iştirak edib
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illiyi qeyd olunub
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyevin Qəbələdə Volodimir Zelenski ilə görüşü olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər