Gitanas Nauseda: Litva öz ərazisində ABŞ qoşunlarını qəbul etməyə hazırdır
Far.Az xəbər saytı

Gitanas Nauseda: Litva öz ərazisində ABŞ qoşunlarını qəbul etməyə hazırdır


Avropa amerikalı hərbçilərin sayını qorumaq üçün mümkün olan hər şeyi etməlidir və Litva öz ərazisində əlavə qoşunları qəbul etməyə hazırdır.

"Report" xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda jurnalistlərə bəyan edib.

Onun sözlərinə görə, Vaşinqtonun regiona diqqətinin qorunması həlledici əhəmiyyət daşıyır və NATO müttəfiqləri ABŞ-nin diqqətini Avropadan yayındırmamasını təmin etməlidir.

"Almaniyadan dislokasiya olunacaq qoşunların Avropada qalmasında maraqlıyıq. Əgər qoşunların rotasiyası baş verərsə, Litva müttəfiqlərin əlavə qüvvələrini qəbul etməyə hazır olacaq", - G.Nauseda bildirib.

O qeyd edib ki, ölkə ərazisində mindən çox amerikalı hərbçi yerləşir: "Biz gələcəkdə daha çox hərbçini qəbul etməyə və bütün öhdəlikləri yerinə yetirməyə hazırıq".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanın tibb işçiləri NATO-nun təlimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər