ABŞ zənginləşdirilmiş uranı Venesueladan çıxarıb
ABŞ və onun tərəfdaşları Venesueladakı "RV-1" tədqiqat reaktorundan zənginləşdirilmiş uranın çıxarılmasını başa çatdırıb.
"Far.Az" xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ Energetika Nazirliyinin nəzdindəki Milli Nüvə Təhlükəsizliyi İdarəsinə (NNSA) istinadən məlumat yayıb.
İdarədən bildiriblər ki, "RV-1" reaktoru 1991-ci ilə qədər fizika və nüvə tədqiqatlarında istifadə olunub. Onun istismarı başa çatdıqdan sonra obyektdə 20 %-dən çox zənginləşdirilmiş 13,5 kq-a yaxın uran qalıb ki, bu da nüvə təhlükəsizliyi baxımından həssas səviyyə hesab olunur.
Əməliyyat Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə sıx əməkdaşlıq çərçivəsində Venesuela Elmi Tədqiqatlar İnstitutu (IVIC) ilə birgə həyata keçirilib. Material xüsusi konteynerlərə yerləşdirilərək limana çatdırılıb, daha sonra isə dəniz yolu ilə ABŞ-yə göndərilib. Mayın əvvəlində yük sonradan emal və təkrar istifadə üçün Cənubi Karolina ştatındakı Savannah River Site obyektinə çatdırılıb.
Rəsmi Karakas bəyan edib ki, nüvə materialının çıxarılmasını sürətləndirmək qərarı ABŞ-nin 2026-cı ilin yanvarında köhnə reaktordan təxminən 50 metr məsafədə yerləşən IVIC obyektinin yaxınlığında keçirdiyi hərbi əməliyyatdan sonra qəbul edilib. Venesuela hakimiyyəti qeyd edib ki, bu, "risk səviyyəsini obyektiv şəkildə artırıb".
Oxşar xəbərlər
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ralf Horlemann: Bakı və İrəvan arasında sülh prosesi regiondakı ən mühüm hadisədir
-
Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib
-
Pakistan Prezidenti ABŞ və İran arasındakı razılaşmanı alqışlayıb
-
Nərimanovda ƏMƏLİYYAT: 42 yaşlı keçmiş məhkum ƏLƏ KEÇDİ
-
DÇ-2026: İsveç Tunislə matçda daha bir qol vurub - YENİLƏNİR-6
-
Prezident: Azərbaycan Avrasiyanın etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır













