Zelenski: Rusiya gecə ərzində Ukraynaya 200-dən çox PUA buraxıb
Far.Az xəbər saytı

Zelenski: Rusiya gecə ərzində Ukraynaya 200-dən çox PUA buraxıb


Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ötən gecə Rusiya Ukrayna ərazisinə 200-dən çox pilotsuz uçuş aparatı (PUA) buraxıb.

"Far.Az" xəbər verir ki, Ukrayna Prezidenti bu barədə sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, Rusiya qüvvələri həmçinin 80-dən çox aviabomba tətbiq edib və 30-dan çox aviazərbə endirib.

PUA-lar Dnepropetrovsk, Jitomir, Nikolayev, Sumı, Xarkov və Çerniqov vilayətlərində, həmçinin Kiyev və Kiyev vilayətində vurulub.

Ukrayna Prezidenti bildirib ki, hücumlar nəticəsində enerji obyektləri, çoxmənzilli binalar və uşaq bağçası zərər görüb.

O həmçinin bəyan edib ki, Ukrayna Rusiyanın hərəkətlərinə cavab verəcək, müharibənin dayandırılması və davamlı atəşkəsə nail oluncaq.

Oxşar xəbərlər

Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Rusiyanın PUA hücumundan sonra Kiyev

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər