"Haber Global" "WUF13"ün ilk günü haqqında süjet hazırlayıb
Türkiyənin "Haber Global" kanalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ilk günü haqqında süjet hazırlayıb.
"Report" xəbər verir ki, reportajda bu gün Azərbaycan paytaxtında şəhərlərin inkişafı və urbanistikanın gələcəyinə həsr olunmuş ən böyük beynəlxalq platformalardan biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) işə başladığı bildirilib. Forum BMT-nin Məskunlaşma Proqramı ("UN-Habitat") və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir. Tədbir mayın 22-dək davam edəcək.
Videomaterialda "WUF13" və forumun ilk günündə aparılan müzakirələr barədə məlumat verilib.
"Azərbaycan üçün forum sadəcə bir şəhərsalma zirvəsi deyil, burada işğaldan azad edilən ərazilərdəki yenidənqurma layihələri, "Ağıllı kənd" və "Yaşıl enerji" üzərində qurulan yaşayış məntəqələri sahəsində toplanan təcrübə dünya ilə paylaşılacaq", - reportajda bildirilib və əlavə edilib ki, forumda əldə olunmuş nəticələr nəzərdən keçirilib, mövcud çətinliklər dilə gətirilib, həmçinin yeni istiqamətlər üzrə təkliflər səsləndirilib.
Daha ətraflı videoda:
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Bu gün 23,9 min bakalavr magistraturaya II cəhd qəbul imtahanı verəcək
-
Qalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur
-
Dünyada hər dörd nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok statistika
-
Latviya Prezidenti Baş nazir vəzifəsinə müxalif deputatın namizədliyini irəli sürüb
-
İran: ABŞ və İsrail münaqişədən sonra raketlərin yerini doldurmaqda problem yaşayacaqlar













