Konqoda Ebola yayılır: yüzlərlə şübhəli yoluxma qeydə alınıb
Konqo Demokratik Respublikasında yayılan Ebola virusu ciddi narahatlıq yaradıb. Ölkədə indiyədək təxminən 250 şübhəli yoluxma və 80 ölüm halı qeydə alınıb.
Far.Az xəbər verir ki, virus daxili münaqişələrin davam etdiyi bölgələrdə yayılıb. Hazırkı epidemiyaya "Bundibuqyo" adlı nadir Ebola növü səbəb olub. Bu virus daha əvvəl yalnız iki dəfə qeydə alınıb və yoluxanların təxminən 30 faizinin ölümünə səbəb olur.
Mütəxəssislər bildirirlər ki, bu Ebola növünə qarşı təsdiqlənmiş vaksin və ya xüsusi dərman mövcud deyil. Müalicə əsasən xəstələrin vəziyyətinin stabilləşdirilməsi və dəstəkləyici tibbi yardımdan ibarətdir.
Ümumdünya Səhiyyə Təşkilatı virusun qlobal yayılma riskinin aşağı olduğunu açıqlasa da, Uqanda, Cənubi Sudan və Ruanda kimi qonşu ölkələr üçün təhlükənin yüksək olduğu qeyd edilir.
Ekspertlər hesab edirlər ki, epidemiyanın nəzarət altına alınması yoluxan şəxslərin sürətli aşkarlanması və təmasda olduqları insanların müəyyən edilməsindən asılı olacaq.
Oxşar xəbərlər
Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib
Meymunçiçəyi virusu nədir, necə yayılır, COVID kimi pandemiyaya səbəb ola bilərmi?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünyada hər dörd nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok statistika
-
Cəmil Məmmədli: "Dürüst yaşayan yapon da müsəlmandır"
-
Kulibali: UN-Habitat-ın Azərbaycanla əməkdaşlığı Afrika ilə təcrübə mübadiləsi üçün körpü ola bilər
-
IND: Mənzil böhranını həll etmək üçün hər gün 96 min ev təhvil verilməlidir
-
Mariyana Kuyundziç: Aİ WUF13-dən yaxşı nəticələr gözləyir
-
Mexikonun meri: Bakı şəhərsalma mövzusunun müzakirəsi üçün strateji məkandır













