Paşinyanın partiyasının təşviqatına müdaxilə ilə bağlı cinayət işi açılıb, 6 nəfər həbs edilib
Ermənistanda Baş nazir Nikol Paşinyanın partiyasının Lori vilayətinin Taşir icmasında seçkiqabağı təşviqat zamanı baş vermiş insidentlə bağlı iş üzrə altı nəfər həbs edilib.
"Far.Az"un məlumatına görə, bu barədə Ermənistan mediası İstintaq Komitəsinə istinadən xəbər verir.
Ermənistan Cinayət Məcəlləsinin seçkiqabağı təşviqatın keçirilməsinə mane olma maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq Komitəsindən verilən məlumata görə, daha bir şəxs ev dustaqlığına məhkum edilib, üç nəfərlə bağlı isə hələlik məhkəmə qərarı çıxarılmayıb.
Xəbər verildiyi kimi İstintaq Komitəsi 10 nəfərin saxlanıldığını bildirmişdi. İstintaqın versiyasına görə, "Güclü Ermənistan" blokunun tərəfdarları hakim "Mülki müqavilə" partiyasının təşviqat kampaniyasına mane olublar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
Qərbi Azərbaycan İcmasında özbək və qırğız yazıçılarla görüş keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Azərbaycan Avropaya qaz ixracını artıracaq
-
Sabiq futbolçu Almaniyada prezidentliyə namizəd olacaq
-
Xətaidə çirkab su problemi - Qurum nəzarətə götürdü













