Aİ Çinlə ticarətdə yeni məhdudiyyətlər hazırlayır
Far.Az xəbər saytı

Aİ Çinlə ticarətdə yeni məhdudiyyətlər hazırlayır


Avropa İttifaqı Çinlə iqtisadi asılılığı azaltmaq üçün yeni ticarət qaydaları üzərində işləyir.

Far.Az xəbər verir ki, qərara əsasən, Avropa şirkətləri kritik məhsul və hissələri ən azı üç fərqli təchizatçıdan almağa məcbur ola bilər. Məqsəd Çindən idxaldan asılılığı azaltmaq və Avropa sənayesini qorumaqdır.

Yeni qaydaların əsasən kimya və sənaye avadanlıqları sektoruna aid ediləcəyi gözlənilir. Eyni zamanda, Aİ ucuz Çin məhsullarının Avropa bazarına təsirini azaltmaq üçün əlavə tarif və kvota tətbiqi variantlarını da nəzərdən keçirir.

Məsələnin mayın 29-da Avropa Komissiyasında, iyunun 18-də isə Aİ Liderlər Zirvəsində müzakirə olunacağı bildirilir.

Qeyd edək ki, Aİ son illər Çinin strateji məhsullar üzrə ixrac məhdudiyyətlərindən sonra tədarük təhlükəsizliyi ilə bağlı narahatlığını artırıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər