Zakir Həsənov Milli qəhrəmanların ailələlərinə medallar təqdim edib
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və Nazirliyin digər vəzifəli şəxsləri şəhid Milli qəhrəmanlar Qurbanov Vaqif Bəxtiyar oğlu və Teymurov Pəncəli Nurməmməd oğlunun ailə üzvləri ilə görüşüb.
Bu barədə Far.Az-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov döyüşlərdə şəhid olanların ailələrinə başsağlığı verib.
Müdafiə naziri Vətən uğrunda şəhid olanların xatirəsinin hər zaman uca tutulduğunu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq tapşırıqlarına əsasən şəhid ailələrinə diqqət və qayğı göstərilməsinin daim prioritet məsələ olduğunu xüsusi vurğulayıb.
Nazir Şanlı Zəfərimizdən söz açıb, şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıq, şücaət və igidlik nümunələrindən qürurla danışıb.
Bildirilib ki, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə ilk hərbi təyyarəçi Qurbanov Vaqif Bəxtiyar oğlu və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu Teymurov Pəncəli Nurməmməd oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif olunublar.
Təltif olunma barədə sərəncam oxunduqdan sonra general-polkovnik Z.Həsənov tərəfindən şəhid qəhrəmanlarımızın ailə üzvlərinə "Qızıl Ulduz" medalı və vəsiqəsi təqdim edilib.
Sonda şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya, həmçinin şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə ölkə və Müdafiə Nazirliyinin rəhbərliklərinə minnətdarlıqlarını bildiriblər.
Qalereya
*** 14:50
Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşləri şəhidi Pəncəli Teymurovun medalı ailəsinə təqdim olunub.
Far.Az APA-ya istinadən xəbər verir ki, təqdimat mərasimi Müdafiə Nazirliyində keçirilib.
Təqdimat mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazir müavinləri, hərbçilər, Milli Qəhrəmanın anası və qardaşı iştirak edib.
Qeyd olunub ki, Pəncəli Teymurov Vətən uğrunda göstərdiyi şücaət və qəhrəmanlığı ilə Azərbaycan Ordusunun tarixində xüsusi yer tutur və onun xatirəsi daim böyük ehtiramla anılır.
Ailə üzvləri şəhidin xatirəsinə göstərilən yüksək diqqət və dövlət qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Bildirilib ki, Aprel döyüşləri Azərbaycan hərb tarixində şanlı səhifələrdən biridir və Pəncəli Teymurov kimi igidlərin fədakarlığı gələcək nəsillər üçün örnək olaraq qalacaq.
Xatırladaq ki, Prezident İlham Əliyevin ötən il noyabrın 7-də imzaladığı Sərəncama əsasən, gizir Pəncəli Nurməmməd oğlu Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Astarada Pəncəli Teymurovun ailəsini ziyarət ediblər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WUF13-də "Urban Expo" sərgisinin rəsmi açılışı olub
-
Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
-
Bolqarıstan Prezidenti İliyana Yotova Azərbaycana səfərə gəlib
-
WUF13 dünya mediasının diqqətində
-
Neftin qiyməti yenidən 110 dolları ötüb
-
İran Hörmüz boğazı ilə bağlı yeni mexanizm hazırlayıb













