Aydın Kərimov: "Şuşa ilə Xankəndini birləşdirəcək kanat layihəsi nəzərdə tutulur"
"Qarabağın iqtisadi potensialı böyükdür, Şuşa şəhəri isə birbaşa turizmə bağlıdır. Təklif edilən həllər turizm infrastrukturunun yaradılmasıdır. Otellərin tikintisi davam edir. Hazırda Şuşada 600-ə yaxın qonaqlama var, bunun 3000-4000 qonaqlamaya çatdırılması planlaşdırılır".
Far.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov World Urban Forum 13 çərçivəsində keçirilən "Postmünaqişə dövründə şəhərsalma planlaması: itirilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin qurulması" adlı tədbirdə səsləndirib.
O qeyd edib ki, bu layihələr özəl investisiyalar hesabına reallaşdırılır. Aydın Kərimov çıxışı zamanı Şuşa ilə Xankəndi arasında kanat yolunun çəkiləcəyini də vurğulayıb:
"Şuşada xüsusi və yeni sanatoriya kompleksi yaradılacaq. Biz Şuşanı turizm paytaxtına çevirmək fikrindəyik. Gələn il Şuşa ilə Xankəndini birləşdirəcək kanat layihəsi nəzərdə tutulur. Bu 12 dəqiqəlik yol olacaq və hər iki şəhərin turizm potensialına yaxşı təsir edəcək".
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













