Pensiyaların verilməsi ilə bağlı əhaliyə ŞAD XƏBƏR
Azərbaycanda pensiya ödənişlərinin paytaxt və regionlar üzrə fərqli tarixlərdə həyata keçirilməsi yenidən müzakirə mövzusuna çevrilib.
BAKU.WS-in məlumatına görə, mövcud elektron sistem və maliyyə imkanları nəzərə alınaraq pensiyaların ölkə üzrə daha qısa müddətdə və ya eyni vaxtda ödənilməsi mümkündür.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, hazırda Bakı və iri şəhərlərlə rayonlar arasında pensiya ödəniş günlərində yaranan fərq bir sıra vətəndaşlar üçün əlavə çətinlik yaradır:
"Xüsusilə kredit öhdəlikləri, kommunal xərclər və gündəlik ödənişləri olan pensiyaçıların vaxtında vəsait əldə etməsi vacib hesab olunur.
Təklif edirik ki, pensiyalar ya bütün ölkə üzrə eyni gündə, ya da maksimum bir neçə gün fərqlə köçürülsün. Məsələn, paytaxtda ödənişlər ayın 10-da həyata keçirilirsə, rayonlarda da ən gec növbəti gün verilməsi daha məqsədəuyğun sayılır.
Dövlət Sosial Müdafiə Fondunun maliyyə imkanları və sistemin elektronlaşdırılması ödənişlərin daha operativ həyata keçirilməsinə şərait yaradır. Bu isə pensiyaçıların maliyyə planlamasını asanlaşdıra və gecikmələrdən yaranan problemlərin qarşısını ala bilər.
Vahid və daha sürətli ödəniş mexanizmi xüsusilə regionlarda yaşayan yaşlı insanların sosial rifahına müsbət təsir göstərə bilər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Masazır əhalisinə ŞAD XƏBƏR - artıq YEKUNLAŞIR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yuxuda nəfəs dayanması ölüm riskini artırır – Həkimlərdən xəbərdarlıq
-
Konqoda Ebola yayılır: yüzlərlə şübhəli yoluxma qeydə alınıb
-
WUF13-də "Urban Expo" sərgisinin rəsmi açılışı olub
-
Neftin qiyməti yenidən 110 dolları ötüb
-
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - "Su qiymətinə"
-
Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib













